İbtidai sinif müəllimləri ilə görüş keçirildi.

   İbtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi məqsədi ilə Elm və təhsil naziri Emin Əmrullayevin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmrin 3.2 ci bəndin icrasını təmin etmək məqsədilə ibtidai sinif müəllimləri ilə görüş keçirildi. Məktəbin direktoru əmrin icrasında irəli gələn tələbləri maksimum dərəcədə reallaşdırmaq üçün yeni fəaliyyət planına hazırlanması təklifini irəli sürdü. Məktəbin fənn birləşmə rəhbəri M. Aida bu istiqamətdə test bankının yaradılmasının zəruriliyindən, həmçinin dinləyib-anlama, oxuyub- anlama istiqamətində maarifləndirmə işinin təşkilindən bəhs etdi. Məktəbin direktor müavini X.S.Qəniyeva əmrin icrasını təmin etmək məqsədi ilə illik fəaliyyət planına uyğun zəruri addımların atılması üçün əlavə dərsdənkənar məşğələlərin vacibliyini qeyd etdi. Ümumilikdə bu istiqamətdə tədris ili boyunca zəruri addımların atılması, hesabatliligin təmin edilməsi üçün məktəbin ibtidai sinif müəllimi Rəhimova Nazilə Oqtay qızı koordinator seçildi.

#SalamMəktəb #BakıTəhsilidarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Tədbir #Xəzərməktəbləri #Buzovna #206məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi