“Bilik günü”

   Sentyabrın 16-da Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin, 15 sentyabr Bakının erməni işğalçılarından azad olunan zaman şəhid olmuş, Azərbaycan və Türk əsgərlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir açıq elan edən məktəbin direktoru Cavid Cəfərzadə əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsill həyatlarinda uğurlar arzulayıb. Həmçinin çıxış zamanı məktəbin direktoru bildirdi ki, 2024-2025-ci tədris ilinə aid fəaliyyət planı üzrə müxtəlif istiqamətdə tədrisin təşkili, tədris prosesinin tənzimlənməsi üçün addımlar atılacaqdır. Yeni layihələr hazırlanacaqdır. Çıxış edən məktəbin direktor müavini X.S.Qəniyeva ötən tədris ilinə aid məktəbin uğurlarından, ali məktəbə qəbul nəticələrindən, həmçinin yeni tədris ilində qarşıya qoyulan prioritet məsələlərdən bəhs etdi. Daha sonra təsdiq olunmuş ssenari əsasında bədii hissə ilə tədbir davam etdi. Şagirdlərin hazırlamış olduqları səhnəciklər nümayiş olundu, xatirə şəkli çəkildi.

#SalamMəktəb #BakıTəhsilidarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Tədbir #Xəzərməktəbləri #Buzovna #206məktəb #15sentyabr #Bilikgünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi