"Son zəng"

   Bakı Şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəbdə ənənəvi "Son zəng" tədbiri keçirilmişdir.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

   Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Cavid Cəfərzadə qeyd etdi ki, “Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları “Son zəng” lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız.

   Daha sonra Şəhid anaları, məktəbin təqaüdə olan müəllimləri, valideynlər çıxış edərək məzunları təbrik etdilər.

   Şagirdlərin hazırlamış olduqları səhnəciklər, rəqslər nümayiş olundu.

   Tədris ili çərçivəsində pedaqoji fəaliyyəti ilə seçilən müəllimlər rəğbətləndirildi.

   Əziz, məzunlar yolunuz açıq olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi