1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bayram axtarışında" adlı tədbir.

   30.05.2024-cu il tarixində H.İskəndərov adına 206 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bayram axtarışında" adlı tədbir təşkil olundu.

   Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak edirdi.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə baş tutdu. Şəhidlərin əziz xatirəsi yad edildi.

   Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı, onların xoşbəxt gələcəyi və uşaq siyasətini əks etdirən mühüm sərəncamlari qonaqların diqqətinə çatdırıldı.

   Şagirdlərin hazırlamış olduqları müxtəlif səhnəciklər nümayiş olundu.

   Səhnəciklər milli və ümum bəşər dəyərləri özündə ehtiva edən nağılların müasir dünya çağdaşına sintezi əsasında təşkil olunmuşdu.

   Yekunda çıxış edən məktəbin direktoru Cavid Cəfərzadə qeyd etdi ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb,          “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

   Sonda şagirdlərlə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi