"Valideynin məktəbdə bir həftəsi" layihəsi üzrə həftəlik proqram yekunlaşdı.

   Valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək əsas məqsədlərdən biridir.

   Bu layihə haqqında çıxış edən məktəbin direktoru Cavid Cəfərzadə bildirdi ki, bu layihə tədris ilinin sonuna kimi davam edəcək, həmçinin valideyn və məktəb əlaqəsinin güclənməsinə çox müsbət təsir göstərəcəkdir. Tədris ili yekunlaşandan sonra könüllülərdən ibarət qrup yeni tədris ilinə hazırlıq məqsədi ilə müxtəlif seminarlara dəvət ediləcək, onlarla planlı iş aparılacaqdır.

   Yekunda həftə ərzində fəal iştirak edən valideynlər fəxri fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi