“Xəyallar qayıtsada, ötən illər qayıtmır” adlı “Son zəng” tədbiri keçirildi
Insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Bu gün ölkəmizin hər guşəsində olduğu kimi məktəbimizdə də “Xəyallar qayıtsada, ötən illər qayıtmır” adlı “Son zəng” tədbiri keçirildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri məktəbin direktoru B.M.Novruzova açaraq məzun şagirdləri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Direktor Ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan Dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Ulu öndərimizin qeyd etdiyi kimi “Təhsil millətin gələcəyidir”. Eyni zamanda ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev cənabları tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açdı.
Sonra söz qonaqlara: - Binəqədi Qəsəbə İcra Nümayəndəsi Əliyev Zakir Əli oğluna və məktəbin sabiq müəllimi Rüstəmov Elman Rəcəb oğluna verildi.
Tədbirdə 11-ci sinif məzunlarına elmin qapılarını açan, hərfləri öyrədən ibtidai sinif müəllimləri S.Səbirə, Z.Nuriyyə və Ə.Nailə müəllimə çıxış edərək məzunlara öz ürək sözlərini çatdırdılar.
Məktəbimizdə il ərzində gənc nəslin təlim-tərbiyəsində fərqlənən, seçilən müəllimlərimizi, fənn olimpiadalarında, inşa və şeir müsabiqələrində, idmanda, təlim-tərbiyəsi, davranışı ilə fərqlənən şagirdlərimizi məktəbin direktoru Diplom və Fəxri fərmanlarla təltif etdi
Tədbir birinci sinif şagirdlərinin və məzunların şən rəqsləri və ifaları ilə davam etdi.