Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Son Zəng"

Bu gün məktəbimizdə " Konstitusiya və Suverenlik ili" nə həsr olunmuş " Son Zəng" tədbiri keçirilib. 

   Tədbirdə Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Qadir, məktəbin direktoru Xoşqədəm Məmmədova, müəllimlər, şəhid ailələrinin üzvləri, məktəbin ictimai - sosial həyatında xüsusi rolu olan valideynlər və hazırda məktəbdə təhsil alan XI sinif şagirdləri iştirak ediblər. 

   Tədbirə ilk öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib.

   "Son Zəng" tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Həmçinin xalqımızın müdrik oğlu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiq sükutla yad edilib. 

    Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Xoşqədəm Məmmədova vurğulayıb ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına əsasən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Məhz bu çərçivədə məktəbin tədbirlər planı hazırlanaraq təsdiq olunub. Məktəbimizdə silsilə tədbirlər, konfranslar "Dəyirmi masa" lar keçirilib. 

Daha sonra X. Məmmədova məzunları təbrik edib, gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər kimi yetişəcəyindən əmin olduğunu bildirib. Xoşqədəm Məmmədova buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərimizi fəxri fərmanla təltif edib.

   Məzunları təbrik etmək üçün söz Binəqədi RİH başçısının Binəqədi QİƏD üzrə nümayəndəsi Qadir Məmmədova verilib o, çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. 

   "Son Zəng" tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər. 

  Sonda isə məzunlar üçün Son Zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi