Müəllimlərimiz təltif olunub

Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Binəqədi Rayon Komitəsi 15 İyun -Milli Qurtuluş Günü münasibətilə təhsil sahəsindəki dəyərli fəaliyyətinə görə bir neçə fədakar müəllimlərimizi fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif oıunub.
Bu addım onların təhsilin inkişafına verdiyi töhfələrin tanınması və yüksək qiymətləndirilməsi məqsədilə atılıb.
Müəllimlərimizə gələcək fəaliyyətində yeni uğurlar arzulayır ,vətənimizin tərəqqisinə verdikləri misilsiz xidmətlərə görə təşəkkür edirik. Qurtuluş Gününüz mübarək olsun.