12.01.2018-ci il tarixdə məktəbimizdə Uşaq Birliyi Təşkilatı üzvlərinin yığıncağı təşkil olundu
Yığıncağı Uşaq Birliyi Təşkilatı Rəhbəri Şükürova Günay öz çıxışı ilə açıq elan etdi. Bildirdi ki, Uşaq Birliyi Təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə 01 fevral 1992-ci il tarixdən fəaliyyət göstərir. Təşkilat səkkiz istiqamət üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması vətən, xeyirxahlıq və ədalət uğrunda mübarizə aparmaq işinin yüksəldilməsini məktəbdə həyata keçirilməsi nəzərlərinə çatdırıldı.
Həmçinin məktəb Uşaq Birliyi Təşkilatında hazırda 64 nəfər şagirdin olduğu bildirildi. Onlar yeddi istiqamət üzrə fəaliyyət göstərir. 8b sinfi “Əqlin çırağı”, 8a sinfi “Xalqımızın tarixi irsi”, 9c sinfi “Yaşıl dünya“, 9b sinfi “Gücümüz birlikdədir”, 7c sinfi “İş insanın cövhəridir”, 5a sinfi “Güclülər, cəsurlar, çeviklər”, 5c sinfi “Mərhəmət“.
Tədbirdə Binəqədi rayonunun 83, 100, 143, 182 nömrəli tam orta məktəblərinin Uşaq Birliyi Təşkilatı Rəhbərləri də iştirak edib. Təşkilat üzvlərinin rəhbərləri təqdimat, poster, tamaşa, musiqi bacarıqlarını nümayiş etdirdilər.
Tədbirin sonunda məktəbin direktoru Bayaz Novruzova çıxış edərək fərqlənən şagirdləri diplomla təltif etdi.