Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
Şövkət Məmmədovanın 120 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 18 sentyabr 2017-ci il tarixli 288 nömrəli əmrinə əsasən məktəbdə tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına əsasən noyabr ayı ərzində sinif təşkilat saatlarında Şövkət Məmmədovanın həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verildi. Dekabr ayı ərzində Şövkət Məmmədovanın həyat və yaradıcılığını əks etdirən fotostendlər nümayiş etdirildi.
23.12.2017-ci il tarixdə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Məktəbin şagirdlərinin ifasında şeirlər söyləndi, mahnılar oxundu. Məktəbin musiqi müəllimi hüseynova Reyhan çıxış edərək bildirdi ki, Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır.