Şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi

16.12.2017-ci il tarixdə şagirdlərin Heydər Əliyev mərkəzinə ekskursiyası təşkil edilmişdir. Bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Şagirdlər 2 saat ərzində mərkəzin binası ilə tanış oldular. Heydər Əliyev mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat aldılar və eləcədə nümayiş etdirilən sərgilərlə tanış oldular. Mərkəz Azrəbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyevin irsinin tədbiqi və təbliği, elmi, təhsili, mədəniyyəti, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcədə dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərildiyi haqqında şagirdlərə məlumat verildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi