“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında tədbir keçirildi
05 dekabr 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının “Qanunu”ndan irəli gələn işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə məktəbin şagirdləri Əkbərova Günel, Ramazanova İradə və uşaq birliyi təşkilatı rəhbəri Şükürova Günay Xanlar qızı iştirak ediblər.
Tədbiri giriş sözlə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün xanım açıq elan etdi. Daha sonra həkim-narkoloq, polis orqanlarının və vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsinin nümayəndələri çıxış etdilər. Onlar öz təkliflərini, tövsiyyələrini zalda əyləşən şagird və məktəb rəhbərlərinə çatdırdılar. Azyaşlı şagirdlərin həm məktəbdə, həm də ailədə ciddi nəzarətdə olması, pis vərdişlərə qarşı mübarizənin təbliğ olunmasının mütəmadi maarifləndirilməsi barədə söhbət apardılar.