"Sağlam qida - sağlam nəsil" layihəsinin "Sağlam Davranış" mərhələsinə start verilmişdir

28.11.2017- ci il tarixdə “Pətək” Yeni Nəslin Mənəvi  İctimai Birliyi tərəfindən məktəbimizdə “Sağlam qida - sağlam nəsil” layihəsi çərçivəsində 7- 8-ci sinif şagirdləri üçün “Sağlam davranış” haqqında (ailədə, məktəbdə, ictimai yerlərdə, nəqliyyatda, yolda davranış qaydaları, süfrə mədəniyyəti, danışıq mədəniyyəti)  məlumat veriblər. Bildirilib ki, layihə çərçivəsində və təlimlərin yekununda müxtəlif nomenasiya üzrə Bakı şəhərində yerləşən və Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında “Davranışımızın həyatımıza təsiri” mövzusunda sərgi müsabiqəsi keçiriləcək.

Layihənin məqsədi məktəblilərin  sağlam  gələcək nəslin sağlam nümayəndəsi olmaqla bərabər, hərtərəfli, düzgün inkişaf etmiş sağlam davranışa malik bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olması, uşaqların vaxtlarının səmərəli axtarışlara yönəldilməsi, sağlam bədən, sağlam ruh və nəhayət hərtərəfli daha sağlam nəslin yetişməsinə nail olmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi