Ekoloji tarazlıq mövzusunda tədbir keçirildi
Ətraf mühitin çirklənməsində insanın təsiri güclü və sürətlidir. Canlıların ən ali forması insandır. Təəssüf ki, bu insanların çoxu yalnız bu gününü düşünür. Sabah necə olacaq, gələcək nəsillərə nə qoyub gedəcəklər, bu onları maraqlandırmır. Bax budur əsl bəla. Hər bir zəruri məsələnin hərtərəfli həlli əvvəlcə onun dərindən dərk edilməsindən başlanır. Bu əsasdan məktəbimizdə “Ekoloji tarazlıq” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqə 8-ci sinif şagirdləri arasında təşkil olunub. Məqsədi şagirdlərin ekoloji tarazlıq haqqında öz fikirlərini insanlara catdırmaq olan müsabiqənin rəhbəri məktəbin biologiya müəllimi Sədaqət Nuriyeva olub. Hər bir şagird öz işinin təqdimatını edəndən sonra qalıblər müəyyənləşdirilib. Tədbirin sonunda onlara fəxri fərmanlar verilib.