“Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı şagirdimizin təəssüratları
16.11.2017 ci il tarixdən 18.11.2017 ci il tarixədək Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur aksiyası keçirilmişdir. “ Ölkəmizi tanıyaq” layihəsi gənclər arasında yaradıcılığı, Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin dərk edilmə və təbliği istiqamətində yeni gənc nəslin fəal iştirakı üçün mühüm əhəmiyyət daşıyır. Bu cür aksiyaların keçirilməsi məktəblilərdə vətənpərvərlik, dövlətə sədaqət, şəxsiyyətyönümlülük kimi dəyərli hissləri aşılayır.
Həmin tur aksiyada məktəbimizin nümunəvi şagirdlərindən olan X b sinif şagirdi Kərimov Anar Dadaş oğlu da iştirak etmişdir. O, layihədə şagirdlərin Lənkəran , Astara və Masallı rayonlarında keçirilən ekskursiyadan danışdı. Qeyd etdi ki, şagirdlər Heydər Əliyev mərkəzində, Bayraq meydanında, çay fabrikində, Hirkan milli parkında, sovet ittifaqı qəhrəmanı H. Aslanovun ev muzeyində, sitrus bağında, tarix və diyarşünaslıq muzeylərində olublar. Həmçinin şagirdlər həmin rayonların İcra Hakimiyyətlərinin inzibati binaları ilə tanış olub, təşkil olunmuş bədii proqrama tamaşa ediblər.
“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edən şagirdimiz Kərimov Anar öz təəssüratlarını sinif yoldaşları ilə bölüşdü.
Şagirdimiz A.Kərimov gənclərə göstərdiyi qayğıya görə ölkə prezidentimiz cənab İlham Əliyevə və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova öz minnətdarlığını bildirdi.