Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar “Azərbaycanın böyük şairi” adlı ədəbi bədii kompozisiya keçirildi

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 aprel 2017-ci il tarixli 193 nömrəli əmrinə əsasən məktəbimizdə  Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar tədbirlər həyata keçirildi. May ayı ərzində Böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında tədbirlər planı hazırlanmışdır.Tədbirlər planına əsasən oktyabr ayında sinif təşkilat saatlarında M.P.Vaqifin həyat və yaradıcılığı haqqında söhbətlər aparıldı. Oktyabr ayı ərzində məktəb kitabxanasında M.P.Vaqifin kitab sərgisi keçirilmiş və şagirdlər M.P.Vaqifin qoşmalarından ,həyat və yaradıcılığından bəhs etdilər. VI-VII siniflərdə M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuş videoslaydlar  nümayiş etdirildi. 15.11.2017 ci il tarixdə məktəbdə M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Azərbaycanın böyük şairi” adlı əbədi bədii kompozisiya keçirildi. Kompozisiyada Vaqiflə Vidadinin deyişməsi, Vaqif, Vidadi , Zakirin “Durnalar”  kompozisiyası, rəqs, “Bayram oldu qoşması” şagirdlər tərəfindən söylənildi. Daha sonra tədbirdə M.P.Vaqifin həyat və yaradıcılığı haqqında videosujetlər nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi