Bülbülün 120 illiyi ilə əlaqədar ev muzeyinə ekskursiya
205 № li tam orta məktəbin şagirdlərinin 14.11.2017 ci il tarixdə Azərbaycanın professional vokal sənətinin banisi görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün 120 illik yubileyi ilə əlaqədar dahi sənətkarın ev muzeyinə ekskursiyası təşkil edilmişdir. Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün böyük xidmətləri olmuşdur.
Ekskursiya zamanı vokal əsərlərin bənzərsiz ifaçısı, SSRİ xalq artisti Bülbülün zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlərdə xoş təəssüratlar yarandı.