ƏYANİ TƏDRİS BƏRPA OLUNDU
17 may 2021-ci il tarixdən tədris əyani formada bərpa olundu. Təhsil Nazirliyinin "Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərinin, Abşeron rayonun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani formada tədrisin bərpa edilməsi haqqında" 07 may 2021- ci il tarixli F-212 nömrəli əmrin icrası təmin edildi. Pandemiya şəraitinə uyğun olaraq şagirdlər ara məsafəni gözləyərək, bədən hərarəti yoxlanaraq, əllər dezinfeksiya olunaraq siniflərə buraxıldılar.