METODBİRLƏŞMƏ İCLASI KEÇİRİLDİ

    04.05.2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli F-56 nömrəli ilə təsdiq edilmiş "Dahi Azərbaycan şari və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı "Nizami dünyası" adlı intellektual müsabiqəsinin keçirilməsi ilə bağlı Tədbirlər planının 6-cı bəndinin icrasını təmin etmək məqsədilə məktəb rəhbərliyinin, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə onlayn iclas keşirildi.

    İclasda məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Rəcəbova öz çıxışında Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş 01-18 may 2021-ci il tarixlərdə IX-XI sinif şagirdləri arasında onlayn qaydada həyata keçiriləcək məktəbdaxili müsabiqənin keçirilməsi haqqında geniş məlumat verdi. Metodbirləşmə sədri Elnurə Haqverdiyeva müsabiqənin layiqincə yerinə yetirilməsi haqqında fənn müəllimlərinə müvafiq tapşırıqlar verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi