Qarabağ bizimdir, bizim olacaq!

Bu gün Milli Qəhrəman Riad Əhmədov adına 203 nömrəli tam orta məktəb binası qarşısında böyük ruh yüksəkliyi ilə “Qarabağ bizimdir, bizim olacaq!” adlı tədbir keçirildi. Tədbir son günlər Azərbaycan ordusunun cəbhə xəttində nailiyyətləri – erməni separistlərinin tərəfindən işğal olunmuş bəzi yüksəkliklərin azad edilməsinə həsr olunmuşdur. Tədbir böyük ruh yüksəkliyi ilə keçdi. Tədbirdə məktəbin direktoru Nailə Əhmədova, tarix müəllimi Cəfərov Haqverdi müəllim, G.C.Q.H. rəhbəri Cəfərov Ələddin müəllim çıxış edərək son günlər ordumuzun uğurlarını vurğulayaraq Ali Baş Komandanın bu addımını və mövqeyini dəstəklədilər. Tədbirdə vətənpərvərlik ruhunda ardıcıl olaraq şüarlar səsləndi: “Qarabağ bizimdir, bizim olacaq!” , “Torpaqdan pay olmaz!”, “Yaşasın Ali Baş Komandan!”, “İgid ölməz, torpaq bölünməz!” , “Yaşasın Azərbaycan, yaşasın Azərbaycan ordusu!”, “Azərbaycan ordusuna eşq olsun, erməni ordusuna ar olsun!”. Tədbirdə şagirdlər adından 11a sinif şagirdi Bayramlı Elnur çıxış edərək söylədi ki, biz hamımız gələcəkdə Azərbaycan ordusunun əsgərləriyik, amma Ali Baş Komandan əmr edərsə, biz könüllü olaraq çağırışdan əvvəl də vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Tədbirin sonunda iştirakçılar bir səslə qələbəmizi Şuşada, Xankəndində qeyd etməyimizi arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi