COP 29- Azərbaycanda!

    Bu il də dövlət olaraq dünyada ekoloji tarazlığın bərpası və müdafiəsi, yaşıl dünyanın var olmasına yardım edən tərəfdaşların ən önəmli üzvüyük və eyni zamanda ev sahibiyik.

Həmçinin 4 oktyabr tarixi ekoloji təqvimin ən qiymətli səhifələrindəndir. "Ümumdünya Heyvanların Mühafizəsi Günü"dür. Flora və faunanın vəhdət formada müdafiəsi qalaktikamizin canlı planeti olan Yer kürəsinin yaşamasının təminatıdır. Bu həyati vacib amilin təbliğ və təşviqatı üçün məktəbin təşkilatçısı Şəhla Paşayeva və biologiya müəllimi Turanə Fərzəliyevin təşkilatçılığı ilə şagirdlərimizlə və sahibləndikləri heyvanlarla birgə Bayıl parkında maraqlı, öyrədici, bilgi və sevgi aşılayan görüş keçirildi. Onlara bu duyarlılıqları üçün təşəkkür edildi.

     Küçə heyvanları və təbiətdəki vəhşi heyvanların da müdafiə hüququ olduğu onlara təkrar xatırladıldı.

#Cop29

#HeyvanlarınMühafizəsiGünü

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi