Peşə bayramınız mübarək!

    Dünyada hər şeyə dəyər vermək olar, lakin müəllim əməyinə dəyər vermək mümkün deyil. Bəli, bu gün əməyinin dəyəri heç nə ilə ölçülə bilməyən peşə sahibləri olan müəllimlərin bayramıdır, Beynəlxalq Müəllimlər Günüdür. Bu münasibətlə məktəbimizin direktor əvəzi Günay Cəlilovanın təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Günay xanım bütün müəllimləri ürəkdən təbrik etdi, onlara çətin, lakin şərəfli peşələrində uğurlar arzuladı. Sonra maraqlı viktorinalar, əyləncəli oyunlar və s.keçirildi. Digər müəllimlər də çıxış edərək ürək sözlərini söylədilər.

Sonda direktor əvəzi Günay Cəlilova hər bir müəllimə çiçəklər təqdim edərək hər kəsi bir daha ürəkdən təbrik etdi.

    Məktəb kollektivi də, dəyərli Günay xanıma belə gözəl tədbirə görə təşəkkür etdilər.

#BeynəlxalqMüəllimlərGünü #5oktyabr

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi