Məktəbimiz ilk dəfə məktəbə qədəm qoyan 5 yaşlı fidan balaları qarşıladı

    2024/2025-ci tədris ilində Milli Qəhrəman R. Əhmədov adına 203 nömrəli tam orta məktəb də ilk dəfə məktəbə qədəm qoyan 5 yaşlı fidan balaları qarşıladı.

Məktəbin direktor əvəzi Günay Cəlilova uşaqları və onların valideynlərini təbrik edib, uğurlar arzuladı.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.

#Sağlamtəhsilmühiti

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi