“Azad yurdum Cəbrayılım” mövzusunda seminar keçirildi

    04 oktyabr 2024-cü il tarixdə məktəbin təşkilatçısı Şəhla Paşayeva, psixoloqu Fərqanə Əliyeva və UBTR Sevinc Abdullayevanın təşkilatçılığı ilə “Azad yurdum Cəbrayılım” mövzusunda seminar keçirildi. Seminarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirməsindən danışıldı. Eyni zamanda məktəbimizin şagirdi olan şəhid Ruhin Xəlilovun döyüş yolundan və göstərdiyi qəhramanlıqdan danışılaraq slayd və video roliklər nümayiş olundu. Bu gün biz onların sayəsində qalib ölkə olaraq şəhidlərimizi anırıq.

    Sonda məktəbin direktor əvəzi Günay Cəlilova çıxış edərək bildirdi ki, Şəhidlərimizin, Qazilərimizin sayəsində 30 ildi həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Artıq 4 ildi biz gözəl Cəbrayılımızı işğal altında deyil, azad olmuş torpaq kimi qeyd edirik.

#CəbrayılŞəhəriGünü #Cəbrayıl #QarabağAzərbaycandır

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi