Yurdumuza bahar gəlir

15.03.2016-cı il tarixdə məktəbimizin musiqi müəllimi Rəna Hacıyevanın rəhbərliyi ilə ilaxır çərşənbəsinə həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbir geniş şəkildə qeyd olundu. Tədbirdə bütün Novruz adət-ənənələri şagirdlər tərəfindən nümayiş etdirildi. Uşaqlar yallı getdilər, yumurta döyüşdürdülər, qulaq falına çıxdılar, tonqaldan atlandılar, papaq atdılar, qızlar haxışta dedilər, üzük falına baxdılar, kosa və keçəl milli folklorumuzdan deyişmələr dedilər. Milli rəqslər, mahnılar ifa olundu. Sonda məclisə Bahar qızı gəldi, hər tərəfi qızılgül ləçəklərinə qərq etdi. İlaxır çərşənbəniz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi