"Hər budaqdan bir yarpaq"

Bu gün məktəbimizdə “Hər budaqdan bir yarpaq” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Azərbaycan Dövlət İncəsənət Universitetinin dosenti Teymura Sevda xanım da iştirak edirdi. Tədbiri giriş sözü ilə Ana dili və Ədəbbiyyat müəllimi Asanova Elmira açdı. Sonra şagirdlər tərəfindən dilimizin zənginliyini və şirinliyini tərənnüm edən mahnılar səsləndi, şeirlər söyləndi. Həmçinin tədbirdə böyük bəstəkar, yazıçı və publisist Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından Telli ilə Vəlinin dueti, dahi Azərbaycan şairi M. Füzulinin “Leyli və Məcnun” poemasından “Anasının Leyliyə nəsihəti” və “Leylinin anasına cavabı” hissəsi, əsl vətəndaş sənətkar C. Məmmədquluzadənin “Ölülər” əsərindən İsgəndərin monoloqu, ümumbəşəri sənətkar H. Cavidin “Ana” əsərindən səhnəcik nümayiş etdirildi. Tədbirin sonunda məktəbimizin direktoru çıxış edərək öz fikirlərini söylədi və sözü tədbirin qonağı Teymurova Sevda xanıma verdi. Sevda xanım tədbirlə bağlı səmimi və dəyərli fikirlərini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi