"Xocalısız 24 il"

22 fevral 2016-cı il tarixdə məktəbimizin müəllim və şagird kollektivi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər” tarixi muzeyi, Elmi-mədəni mərkəz və Şirvanşahlar Sarayının əməkdaşlarının təşkil etdiyi "ART-House" binasında Xocalı faciəsinin 24 illiyinə həsr edilmiş “Xocalısız 24 il” adlı tədbirdə iştirak etdilər. Tədbiri tanınmış radio və televiziya aparıcısı Rahib Azəri açaraq , erməni faşizmindən, bu faşizmin sübutu olan Xocalı faciəsinin qurbanlarından söz açdı. “İçərişəhər” tarixi muzeyinin direktor müavini Gülnar Əliyeva çıxış edərək bildirdi ki, Xocalı erməni qəsbkarları tərəfindən təsadüfi hədəf seçilməmişdir. Xocalının qədim tarixi, mədəniyyəti, geosiyasi mövqeyi mənfur düşmənlərin bəd niyyətinə tuş gəlməyinə səbəb oldu. Tədbirdə Uşaq Qalereyasının “Xocalı Uşaqlarıngözü ilə” adlı rəsm sərgisi , “Xocalısız 24 il” adlı foto sərgi və Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbirin bədii hissəsində həm bizim məktəbin şagirdləri, həm də 6 nömrəli məktəb-liseyin şagirdləri çıxışlar edib, Xocalı genosidinə öz münasibətlərini bildirdilər, bu faciəyə həsr olunmuş şeirlər söylədilər, slaydlar nümayiş etdirdilər. Tədbirin sonunda məktəbimizin direktoru Nailə Əhmədova çıxış edərək belə tədbirlərin əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əvəzedilməz rolundan danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi