“Ana dilim – and yerimdir”

Bu gün məktəbimizdə Beynəlxalq Ana dili günü geniş qeyd olundu. Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Qurbanova “Ana dili – and yerimdir” adlı tədbir keçirdi. Tədbiri məktəbin direktoru Nailə Əhmədova açaraq Ana dilimizin milli irs kimi müqəddəsliyindən söz açdı. Azərbaycan dilinin qədim tarixindən, tarix boyu dilimizə olan təzyiqlərdən, lakin xalqın iradəsi ilə dilimizin bu günə qədər qorunub saxlanmasından danışdı. Ana dilimizin statusunun möhkəmlənməsində ulu öndərimiz H.Əliyevin rolunu xüsusi vurğuladı. Tədbir şagirdlərimizin Ana dilinə həsr olunmuş Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları, S. Vurğunun “Vaqif” dramından gözəl bir səhnəsi ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi