“Breyn-rinq” intellektual yarışı

11 fevral 2016-cı il tarixdə məktəbin tarix müəllimi Seydiyeva Tamilla xanım 8-ci sinif şagirdləri arasında iqtisadi məzmunlu “Breyn-rinq” intellektual yarışı təşkil etdi. Şagirdlər 6 komandaya bölünmüşdülər. Gərgin rəqabət şəraitində təşkil olunmuş bu yarış düşündürücü sullarla həm iştirakçıların, həm də azarkeşlərin böyük marağına səbəb oldu. Yarış mərhələlər üzrə keçirildi və hamıdan cəld və düzgün cavablar verən “Bank” komandası qalib gəldi. I, II və III yerlərə layiq görülmüş komandalar xüsusi diplomlar və xatirə hədiyyələri ilə təltif olundu. Sonda məktəbin direktoru Əhmədova Nailə xanım çıxış edərək, qalib komandaları, eyni zamanda belə bir yarışda uğurlu iştiraka görə bütün komandaları təbrik etdi. Nailə xanım belə intellektual yarışların əhəmiyyətini vurğulayaraq, bugünkü "Breyn-rinq"in təşkilatçısı Tamilla xanıma xüsusi təşəkkür elan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi