"Təhlükəsiz İnternet" günü ilə bağlı açıq dərs keçirildi

9 fevral tarixi dünyada “Təhlükəsiz İnternet ” günü kimi qeyd edilir. Bu məqsədlə bu gün məktəbimizin informatika müəllimi Günay Bayramova dərsində bu mövzuya yer ayırdı. O, dərs zamanı bildirdi ki, hazırda 110-dan çox ölkədə qeyd edilən “Beynəlxalq Təhlükəsiz İnternet Günü” 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur. Müəllim əvvəlcə şagirdlərlə onların internetdən, sosial şəbəkələrdən istifadəsi haqqında sorğu keçirdi. Sorğu nəticəsində məlum oldu ki, şagirdlərin böyük əksəriyyəti internetdən mütəmadi istifadə edir. İnternetdən şagirdlərin istifadəsi onların dünyagörüşlərinin artırılması, İKT savadlılığının artırılması üçün mühüm rol oynayır.Bundan sonra Günay Bayramova şagirdləri internet, internetdə onları gözləyən təhlükə haqqında məlumatlandırdı və ondan təhlükəsiz istifadə qaydaları ilə məktəbliləri tanış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi