203 nömrəli məktəbdə tədbir keçirildi

Bu gün Səbail rayonu Riad Əhmədov adına 203 nömrəli məktəbdə atletika üzrə Respublika kateqoriyalı hakim, fiziki tərbiyə müəllimi Mojayev Valeri Nikolayeviçin 65 yaşı tamam olması və təqaüdə çıxması ilə əlaqədar tədbir keçirildi. Tədbiri məktəbin direktoru Nailə Əhmədova açaraq hamının sevimlisi, istedadlı müəllim, peşəsinin vurğunu Valeri Nikolayeviçin keçdiyi həyat yolundan söz açdı. Sonra Valeri Nikolayeviçin həmkarları Kərimov Aslan , Baqişeva Lyubov, Cəfərov Ələddin çıxış edərək onun müəllimlik fəaliyyətindən, uşaqlara qarşı böyük sevgi və qayğısından, vaxtilə müəllimi olduğu şagirdlərinin bu gün Respublika və dünya səviyyəsində tanınmış idmançılar olmasından böyük həvəslə danışdılar. Tədbirin sonunda Mojayev Valeri Nikolayeviçlə xatirə şəkilləri çəkildi, səbəbkara qiymətli hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi