QANLI YANVAR

Azərbaycan xalqının tarixində qanlı iz qoymuş 20 Yanvar hadisələrinin 26-ci il dönümü ilə əlaqədar Səbail rayon Riad Əhmədovun adını daşıyan 203 nömrəli məktəbə 18-19.01.2016 tarixlərdə bir neçə silsilə tədbirlər həyata keçirildi. 11.01.2016-cı il tarixində elan olunmuş “Şəhidlərin ruhu bizi mübarizəyə səsləyir” məzmunlu inşa yazı müsabiqəsi 18.07.2016 tarixində yekunlaşdı. Müsabiqənin qalibi 9a sinif şagirdi Artunova Məryəm məktəbin “Fəxri Fərmanı” ilə təltif olundu.20 Yanvar hadisələrinə həsr olunmuş rəsm müsabiqəsi də 18.01.2016-cı il tarixində yekunlaşdı. Müsabiqənin qalibi 5b sinif şagirdi Qurbanova Fidan “Fəxri Fərmanı”la təltif olundu.Məktəbin bütün sinif otaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən xüsusi qəzetlər və stendlər buraxıldı.18.01.2016-cı il tarixdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Milli Qəhrəmanlarımız and yerimizdir” mövzusunda geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova şəhidlərimizin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Daha sonra 20 Yanvar kinofilmi nümayiş etdirildi. Vətənpərvərlik mövzusunda bədii qiraət, səhnəcik, şeirlər və mahnılarla davam etdirildi. Sonra məktəbin tərbiyə işləri üzrə Kərimova Əzizə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini vurğulayaraq, gənc nəsli vətənini, dövlətini, dövlətçiliyini sevməyə və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ideyaları uğrunda sıx birləşməyə, dərslərini daha yaxşı oxumağa, XXI əsrin daha layiqli vətəndaşı olmağa səslədi.19.01.2016 tarixində ilk dərs saatları 20 Yanvar faciəsinə həsr edildi. Məktəbin müəllim kollektivi və şagirdləri “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər, şəhidlərin qəbri üstünə qırmızı qərənfillər qoydular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi