31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Səbail rayonu Milli Qəhrəman R. Əhmədov adına 203№li tam orta məktəbin ayrı – ayrı siniflərində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” ilə əlaqədar tədbirlər keçirildi. Tədbirlərdə məktəbin direktoru Nailə xanım Əhmədova iştirak edərək şagirdləri bu iki əlamətdar hadisə ilə bağlı təbrik etdi. Açılışdan sonra tədbir ayrı –ayrı siniflərdə davam etdirildi. 8b sinfində ingilis dili müəllimi Salamova Gülşənin təşkil etdiyi tədbirdə isə şagirdlər bizi İngiltərənin yeni il adət - ənənələri ilə tanış etdilər. Məktəbin direktoru Nailə xanım öz çıxışında İngiltərə və Azərbaycan dostluğu, əlaqələri və yeni il adət - ənənələri müqayisəsinə görə şagirdlərə təşəkkür etdi və çox bəyəndiyini söylədi. İbtidai siniflərdə də bu tədbir davam etdirildi. Şagirdlər müxtəlif nağılları səhnələşdirilmiş formada nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi