İlqar Fəhmi ilə görüş

Bu gün 26.12.2015-ci il tarixində məktbin müəllim və şagird kollektivin zəmanəmizin istedadlı şairi, yazıçısı, dramaturqu, ssenaristi, Yazıçılar birliyinin katibi İlqar Fəhmi ilə görüşü keçirildi. Şagirdlər İ.Fəhminin şeirlərini söylədilər, şairin sözlərinə yazılmış mahnılar oxudular.“Aktrisa” filmindən səhnələşdirilmiş parça isə şagirdlərimiz tərəfindən məharətlə ifa olundu. Tədbir boyu İ. Fəhminin şerlərinin aktyorlarımız tərəfindən ifası nümayiş etdirildi, mahnıları səsləndi. İlqar müəllimin ssenaristi olduğu bir neçə filmdən parçalar təqdim olundu.Bu görüşə xüsusi hazırlaşan şagirdlərimiz İlqar müəllimə çoxsaylı suallar verdilər, şairdə öz növbəsində sualları çoxətraflı, həm də səmimi cavablandırdı.Tədbirin sonunda İlqar Fəhminin öz ifasında “ Misra-misra”qəzəli iştirakçılar tərəfindən böyük şövqlə qarşılandı. Görüşdə Mədəniyyət və İncəsənət Universitetinin dosenti Sevda Teymurova çıxış edərək belə görüşlərin gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında və bir şəxsiyyət kimi yetişməyində əvəzsiz rolunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi