Memorial Soyqırım muzeyinə ekskursiya

1 martda məktəbimizin X sinif şagirdləri, sinif rəhbərlərinin müşayiəti ilə Azərbaycan Respublika Hərbi Prokurorluğu nəzdində Memorial Soyqırımı Muzeyinində ekskursiyada oldular. XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törətmişlər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərlə zəngin tarixi sənədlər, faktlar və istintaq materialları ilə şagirdlərimiz yaxından tanış oldular. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə və bütün dünya xalqlarına bu həqiqətləri olduğu kimi çatdırmağa imkan yaratması oldu. Ekskursiya şagirdlərimizə erməni faşistlərinin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərlə bir daha yaxından tanış olması və bununla bağlı yeni-yeni faktlar əldə etmələrində mühüm rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi