Təhsil muzeyinə ekskursiya

9 fevralda məktəbimizin 5”Ç”, 6”C”, 8”C” sinif şagirdləri , Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı, sinif rəhbərləri Zümrüd Cəbiyeva və Nazilə Həşimova Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdnində Təhsil muzeyində ekskursiyada oldular. Muzeydə çox maraqlı eksponatlarla tanış oldular. İlk yazı nümunələri, məktəblər, çap nümunələri, digər ilk təhsil müəssisələri haqqında ətraflı məlumat aldılar. Azərbaycanın tanınmış ziyalıları və onların xalq üçün, xalqın maariflənməsi uğrunda apardıqları mübarizə və gördükləri işlərin gedişatını maraqla izlədilər. Muzeyin son zalında Ümumilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına dair müxtəlif illərdə verdiyi əmr və sərəncamları seyr etdilər. Şagirdlər muzeydən böyük təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi