Narkomaniya-əsrin bəlasıdır

8 fevralda məktəbimizdə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Narkomaniya- əsrin bəlasıdır” adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik, Səbail rayon polis idarəsinin NMB- əməliyyat vəkili eləcədə YYÇPİTB-nin rəisi və əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Səbail RPİ-nin YYGPİTB rəisi Polis-mayoru Ədalət Ağayev həm narkomaniyanın, həm də zərərli dini cərəyanların cəmiyyətimizə gətirdiyi bəlalardan, gəncliyimiz üçün yaratdığı təhlükələrdən bəhs edib. Bunun qarşısının alınması üçün belə tədbirlərin əhəmiyyətindən söz açıb və onların mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edib.Mövzunu davam etdirən baş inspektor Polis-mayoru Kəmalə Ələkbərova narkomaniyanın zərərləri və gənclərin narkomaniyaya qurşanma halları, narkomaniya ilə bağlı statistik məlumatları dinləyicilərin diqqətinə çatdırıb, gənclərimizin narkomaniyadan uzaqlaşdırılması üçün görülən tədbirlərdən söz açıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan K.Ələkbərova bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib. Ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələrinin ciddi addımlar atdığını bildirib.Ölkəmizdə də narkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyən polis-mayoru vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi