Heç kəs unudulmur, heç kəs yaddan çıxmır!

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başdan ayağa qədər silahlanmış azğın sovet ordusu və onun erməni əlaltıları Bakıya hücum etdilər.Quduzlaşmış düşmən dinc əhaliyə amansız divan tutdu.Yüzlərlə günahsız insan qətlə yetirildi.Həmin faciədən 28 il ötməsinə baxmayaraq xalqımız hər il o dəhşətli gecənin qurbanlarını ehtiramla yad edir.Bu münasibətlə məktəbimizdə “Heç kəs unudulmur, Heç nə yaddan çıxmır” adlı kompozisiya keçirildi.Tədbirdə “Qız qalası”nın direktoru Svetlana Məmmədova,İçəri şəhər Tarix muzeyi fondunun müdiri Esmira Kazımova,bələdçilər Ülviyyə Əliyeva və Şahnaz Hüseyinova da iştirak edirdilər.Əvvəlcə 20 yanvar şəhidlərimizin xatirəsi 1 dəqqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru N.Əhmədova faciənin tarixi barədə ətraflı məlumat verdi. Nitqində həmin günü təkcə faciə kimi deyil, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirən məruzəçi hadisələrin şahidi kimi bir çox epizodlar da danışdı.Sonra söz şagirdlərə verildi.20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər söylənildi,mahnılar ifa olundu,səhnəciklər nümayiş etdirildi.Ümum milli liderimiz H. Əliyev tərəfindən ilk dəfə olaraq faciənin tarixi qiymətinin verilməsi canlı görüntülər vastəsi ilə şagirdlərə təqdim olundu.Sonda xüsusi olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün siyasəti nəticəsində torpaqlarımızın bütövlüyünün bərpa olunacağı günü uzaqda olmadığı vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi