Mən çox istedadlıyam

28 dekabrda Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı və dil-ədəbiyyat müəllimi Elmira Asanovanın rəhbərliyi ilə məktəbimizdə fərqli və maraqlı “Mən çox istedadlıyam” adlı tədbir keçirildi. Tədbirdə 1-11 ci sinif şagirdləri iştirak edərək öz istedadlarını və qeyri -adi bacarıqlarını nümayiş etdirdilər. Müxtəlif nominasiyalar üzrə bir-birindən fərqli çıxışlar böyük hərarətlə qarşılandı. Şagirdlərimiz o qədər gözəl və orijınal çıxışlar etdilər ki, münsiflər heyəti qalibləri müəyyənləşdirməkdə çətinlik çəkdilər. Lakin buna baxmayaraq, ən yaxşıların yaxşısı müəyyənləşdirildi. Bunlar I yer 6”A” sinif şagirdi Əli İmranov, II yer 9”B” sinif şagirdi Nuray Əliyeva, III yer 3”C” yer sinif şagirdi Emiliya Məmmədova oldular və onlara hədiyyələr verildi. Fərqlənən digər şagirdlərə isə Diplom təqdim olundu. Tədbir şagirdlərin istedadlarının üzə çıxarılmasında xüsusi rol oynadı. Belə gözəl tədbirə görə Elmira Asanovaya və Nisə Qurbanlıya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi