Yolunu gözləyirik, Riad!

Azərbaycan tarix səhnəsinə misilsiz qəhrəmanlar bəxş etmiş diyardır. Xalqımız bu qəhrəmanlarını heç zaman unutmur. Belə qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Dəstənin komandiri, Daşaltı əməliyyatında itkin düşmüş Milli Qəhrəman, məktəbimizin adını daşıdığı Riad Əhmədovdur. 20 dekabr xalqımızın bu qəhrəman oğlunun doğum günüdür. Bu münasibətlə hər il olduğu kimi bu il də məktəbimizdə “Yolunu gözləyirik, Riad!” adlı tədbir keçirildi. Tədbir başlanmazdan əvvəl şagirdlər Riad Əhmədovun barelyefi önünə çiçək dəstələri qoydular, xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Nailə Əhmədova açdı. O, Riad Əhmədovun həyatı, keçdiyi döyüş yolu barədə ətraflı məruzə etdi. Sonra söz şagirdlərə verildi. Şagirdlər R. Əhmədova həsr olunmuş şeirlər, vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Sonda “Qayıt, Riad!” filmi izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi