Fövqəladə hallarla bağlı davranış qaydaları

Bakı Regional Mərkəzinin Fövqəladə halların xəbərdar edilməsi və mülki müdafiə idarəsinin Mülki Müdafiə işinin təşkili şöbəsinin zabiti kapitan Davud Hüseynov, inspektorlar daxili xidmət mayoru Nicat Babayev, daxili xidmət leytenantı İsrafil İbrahimli 19 dekabrda məktəbimizdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirdi. Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, texnogen qəzaların baş verməsində insan amili, daşqın, torpaq sürüşməsi, sel və zəlzələ zamanı hərəkət qaydaları kimi mövzularla bağlı ətraflı məlumat verildi. Toplantıda FHN-in fəaliyyət istiqamətləri, mülki müdafiənin məqsədi, yanğın və zəlzələ zamanı təxliyə qaydaları, ərazidə yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu” kimi mövzular geniş müzakirə olundu. Sonda torpaq sürüşməsi, sel, zəlzələ, mənzildə yanğın və odsöndürücü balonlardan istifadə qaydaları haqqında videoçarxlar nümayiş olundu, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi