BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!

05.11.2015-ci il tarixində məktəbimizdə Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri məktəbin direktoru Əhmədova Nailə açaraq Dövlət Bayrağını milli suverenliyimizin simvolu kimi ölkəmizin hər bir vətəndaşı, hər bir gənci üçün müqəddəs dövlətçilik rəmzi kimi dəyərləndirdi. Tədbir şagirdlərin Bayraq gününə həsr olunmuş kompazisiyası ilə davam etdirildi.Kompazisiyada 1990-cı il noyabrın 17-sində Naxçıvan MR-nın Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməyi təsvir olunmuşdu.Tədbir şagirdlərin çıxışları, bayrağımız haqda şeirlər, məktəb xorunun ifasında vətənpərvər mahnılarla yaddaqalan və əhəmiyyətli oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi