Əfsanəvi şəxsiyyət H.Əliyevin anim günü

Elə insanlar var ki,öz ürəklərini bir məşəl kimi yandırırlar və illər, əsrlər keçir, bu məşəlin işığı, istisi minlərin, milyonların yolunu işıqlandırır, ocaqlarını isidir. Belə insanlar yüz ildə bir dünyaya gəlir. Əfsanəvi şəxsiyyət, XX əsrin fenomeni Heydər Əliyev kimi. Məlumdur ki, 12 dekabr bu dahi şəxsiyyətin anım günüdür. Bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də silsilə tədbirlər həyata keçirilir. Belə ki, Ulu öndərin işıqlı həyat yolunu əks etdirən video çarxlar hazırlanıb şagirdlərə təqdim edildi, şagirdlər tərəfindən referatlar, inşalar yazılıb, divar qəzetləri hazırlandı. Nazim Hikmət adına kitabxananın əməkdaşları ilə birlikdə “Yaddaşlara həkk olunmuş ömür” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlərimiz Ümummilli liderə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Həmçinin məktəbimizin yuxarı sinif şagirdləri Fəxri Xiyabanda Azərbaycan xalqının böyük oğlu, əvəzolunmaz şəxsiyyət H.Əliyevin məzarını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi