Polis Akademiyasının nəzdində olan Heydər Əliyev mərkəzinə ziyarət

8 dekabrda məktəbimizin şagirdləri, tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı və bir qrup müəllim Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının Heydər Əliyev mərkəzində oldular.Mərkəzin əməkdaşları şagirdlərimizi burada yerləşən muzeylə tanış etdilər.Şagirdlərimiz əfsanəvi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini  əks etdirən bir-birindən maraqlı eksponatlarla tanış oldular.Sonra konfrans zalına dəvət olunaraq burada Polis Akademiyasının tanıtım çarxını və Ulu öndər Heydər Əliyevin haqqında film izlədilər.Görüş şagirdlərin maarifləndirilməsində mühüm rol oynadı və hər kəsdə unudulmaz xoş təəssüratlar yaratdı.Bütün bunlara görə Akademiyanın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi