Səməd Vurğunun “Azərbaycan” şeiri “əsərin məzmunu” mövzusunda “Açıq dərs”

1 dekabrda Zümrüd Cəbiyevanın 7”A” sinfində ədəbiyyat fənnindən Səməd Vurğunun “Azərbaycan” şeiri “əsərin məzmunu” mövzusunda “Açıq dərs”i keçirildi.Dərs şagirdlərin S.Vurğunun muzeyinə getməsi,muzey barədə təəssüratları ilə başladı.Sonra mövzuya keçid olaraq aktyorun ifasında “Azərbaycan” şeiri dinlənildi.Şagirdlər şeiri dinlədikdən sonra şeirdə adı çəkilən bölgələri xəritədə göstərdilər.Daha sonra ekranda ümummilli lider Heydər Əliyevin “Azərbaycan” şeirini söyləyərkən kövrəldiyi anlar nümayiş olundu.Xalq artisti Zeynəb Xanlarovanın ifasında bu şeirin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısın sədaları altında şagirdlər verilən sualları cavablandırdılar.Dərs şagirdlərin vətənpərvərlik ruhunda daha da yüksəlməsində rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi