Görkəmli müğənni, dahi Bülbülün 120 illik yubileyi

27 noyabrda məktəbimizin musiqi müəllimi Rəna Hacıyevanın rəhbərliyi ilə Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün 120 illik yubileyi keçirildi.Tədbir dahi Bülbülün ifasında, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə başlandı.Aparıcılar görkəmli müğənni, böyük pedaqoq, xalq artisti,dövlət mükafatı laureatı Bülbülün həyat və yaradıcıllığı haqqında məlumat verdilər.Xalq tərəfindən ona Bülbül adının verilməsi səhnəciyi, şagirdlərimiz tərəfindən həvəslə oynanıldı. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpagının gözəl güşələrinin əks etdirən video çarxlar, slaydlar təqdim olundu. Bülbülün musiqi beşiyimiz hesab olunan bu diyarın övladı olması xüsusi olaraq nəzərə çatdırıldı. Tədbirdə qonaqlar : Səbail rayon İcra hakimiyyətinin nümayəndələri, məktəb direktorları da iştirak edirdilər. Azərbaycanın tanınmış əməkdar artistləri Nizami Abdullayev və Nuriyə Hüseynova isə öz gözəl ifaları ilə hər kəsi sevindirdilər.Sonda Ulu öndər Heydər Əliyevin dahi Bülbül haqqında söylədiyi dəyərli fikirlər səsləndi. Tədbir hər kəsin yaddaşında silinməz iz buraxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi