Bülbülün ev muzeyində

Bu gün məktəbimizin 5-ci sinifləri sinif rəhbərləri Həşimova Nazilə və Məmmədova Nurlan müəllimə ilə birlikdə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün ev muzeyində oldular. Muzey Rəssamlar İttifaqının binasında yerləşir. Muzeyin əməkdaşları Bülbülün bu evdə 1937-ci ildən ömrünün son gününədək yaşadığını bildirdilər. Muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Açılışı isə 1982-ci il iyul ayının 10-da olmuşdur. 4 otaqdan ibarət olan muzeydə Bülbülün həyat və yaradıcılığına aid 8 mindən çox ekspozisiya və material saxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi