Dendra parka ekskursiya

19 noyabr 4”b”sinfinin şagirdləri sinif rəhbərləri Baloğlanova Alina və qrup valideynlərlə Mərdəkan Dendra Parkda ekskursiyada oldular. Bələdçi Dendra Park haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, buradakı bitki kolleksiyası özünə məxsus landşaft ansamblı olub, dünyanın ən yaxşı park nümunələrindəndir. Dendra Parkı 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. Burada 1540 bitki forması və növü təmsil olunub. Bələdçinin bitkilər haqqında söylədiklərini şagirdlər diqqətlə dinləyirdilər, onlar maraqlandıqları bitkilər haqqında suallar verdilər, Murtuza Muxtarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat topladılar. Şagirdlər asudə vaxtlarını səmərəli keçirib, istirahət etdilər . Ekskursiya şagirdlər üçün əyləncəli və maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi