Ölkəmizi tanıyaq tur-aksiyasından xoş təəssüratlar

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən şagirdlərimiz noyabrin 19-da Bakiya geri döndülər. Tur-aksiya iştirakçılarımız dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirdilər, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya etdilər. Onlar həm də səfər çərçivəsində təşkil olunmuş intellektual oyunlarda və “İDEA” İctimai Birliyi xətti ilə keçirilmiş ağacəkmə kompaniyalarında iştirak etdilər. Tur-aksiya zamanı məktəblilər hər gün şam yeməyindən sonra müxtəlif idman yarışlarında, əyləncəli və intellektual oyunlarda da iştirak ediblər. 9 rayondan olan məktəblilər əsl bilik yarışı nümayiş etdiriblər. 5 komandanın iştirak etdiyi bilik yarışmasında Səbail rayon məktəbliləri II yer tutaraq sertifikat və kuboka layiq görülüblər. Şagirdlərimiz Hüseynov Fərhad və Məmmədov Tural ekskursiya ilə bağlı təəssüratlarını bölüşərkən söylədilər ki, səfər etdiyimiz rayonlardakı qədim və müasir milli arxitekturalı abidələr, qədim qala divarları,türbələr, təbiət mənzərələri, bizdə ən xoş hisslər və maraq yaratdı. Anladıq ki, bizim bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan ölkəmiz vardır. Onlar gələcəkdə Azərbaycanımızın müxtəlif bölgələrinə səyahət etmək arzusunda olduqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi