Səməd Vurğunun ev muzeyində

Bu gün məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Qurbanlı Nisə və ədəbiyyat müəlliməsi Cəbiyeva Zümrüd 6c və 7a sinif şagirdləri ilə birlikdə görkəmli ictimai xadim, unudulmaz şairimiz olan Səməd Vurğunun ev muzeyini ziyarət etdilər. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Muzeydən bildirdilər ki, Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi